İranın sabiq vitse-prezidentinin oğlu ABŞ-da saxlanıldı

09:31 13 Aprel 2026

ABŞ-da İranın qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtikarın oğlu İsa Haşimi saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bildirilib ki, o, daimi rezident statusundan da məhrum edilib.

Məlumata görə, Haşimi ilə birlikdə onun həyat yoldaşı və oğlu da saxlanılıb. Hazırda onlar deportasiya edilməyi gözləyirlər.

Qeyd olunub ki, hər üçü 2014-cü ildə ABŞ-a gəlib və 2016-cı ildə "Green card" alıblar.



Xəbər xətti