Pakistan danışıqları pozuldü: İran ABŞ-ni günahlandırdı

09:42 13 Aprel 2026

İranın xarici işlər naziri Abbas Əraqçı İslamabadda danışıqların uğursuz başa çatmasına münasibət bildirərək,Tehranın münaqişəyə son qoymaq üçün xoş niyyətlə hərəkət etdiyini bildirib.

Sitat.info xəbər verir ki, Əraqçı bununla bağlı, “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, tərəflər "İslabad razılaşmasından bir neçə addım aralıda" olublar və danışıqları həddindən artıq tələblər, daim dəyişən şərtlər, blokada təhdidləri pozub. 

"Heç bir dərs çıxarılmayıb. Xoş niyyət xoş niyyət doğurur; düşmənçilik düşmənçilik doğurur", - deyə, Əraqçı, qeyd edib.

Sitat.info


 



Xəbər xətti