Ankara Hörmüz boğazının güc tətbiq etmədən, diplomatiya yolu ilə açılmasının vacib olduğuna inanır.
Sitat.info xəbər verir ki, bu sözləri xarici işlər naziri Hakan Fidan deyib.
"Hörmüz boğazının açılması ilə bağlı mövqeyimiz budur ki, o, sülh yolu ilə, diplomatiya yolu ilə açılmalıdır. Bu vəziyyətə beynəlxalq silahlı sülhməramlı qüvvələrlə müdaxilə etmək çox mürəkkəbdir".
O əlavə edib ki, boğazın üç-dörd həftə ərzində açılmasında heç bir problem görmür. Fidanın qeyd etdiyi kimi, əsas məsələ gəmilərin oradan keçməsi üçün qaydaların olmasıdır.
Nigar,
Sitat.info