İran və Amerika Birləşmiş Ştatları “İslamabad Anlaşma Memorandumu”nda razılaşmaya nail olmaqdan çox uzaq olub.
Sitat.info xəbər bu barədə İran XİN başçısı Abbas Əraqçi “X” platformasında paylaşım edib.
Onun sözlərinə görə, tərəflər “47 ilin ən yüksək səviyyəsində intensiv danışıqlar” aparsalar da, ciddi irəliləyiş əldə edilməyib.
“Biz maksimalizm, dəyişən hədəflər və blokada ilə qarşılaşdıq. Sıfır dərs qazandıq. Xoş niyyət xoş niyyət doğurur, düşmənçilik isə düşmənçilik…”
Açıqlamada danışıqların nəticəsiz qalması və tərəflər arasında mövqelərin hələ də ciddi şəkildə fərqli olduğu vurğulanır.
Nigar,
Sitat.info