Vatikan dövlətinin başçısı Papa XIV Leo, ABŞ prezidenti Donald Trampdan və onun administrasiyasından qorxmadığını bildirib. Papa deyib ki, onlar onu sərt tənqid etsələr də müharibəyə qarşı ucadan danışmağa davam edəcək.
Sitat.info xəbər verir ki, tarixdə ilk amerikalı Papa olan XIV Leo dünən Prezident Trampın tənqidlərinə cavab verib.
İtaliyanın ANSA agentliyinin məlumatına görə, Papa XIV Leo deyib: "Mən Tramp administrasiyasından qorxmuram. Mən siyasətçi deyiləm. Mən İncildən danışıram. Buna görə də müharibəyə qarşı ucadan danışmağa davam edəcəyəm. Onunla müzakirə aparmaq niyyətim yoxdur".
O, ABŞ prezidentinin açıqlamasına istinad edərək bunu oxuyan insanların özlərinin nəticə çıxara biləcəyinə inandığını qeyd edib. Papa müharibələrə son qoymaq, dialoqu təşviq etmək və problemlərə ədalətli həll yolları tapmaq üçün millətlər arasında çoxtərəfli münasibətlərin vacibliyini vurğulayıb.
"Çox insan əziyyət çəkir, çox günahsız insan öldürülüb və düşünürəm ki, kimsə ayağa qalxıb daha yaxşı bir yol olduğunu deməlidir"- Papa XIV Leo bildirib.
Nigar,
Sitat.info