ABŞ-İran müharibəsi bu meyvənin qiymətini - Artırdı

17:02 13 Aprel 2026

Dünya bazarlarında püstənin qiyməti son səkkiz ilin maksimumuna - hər funt (təxminən 0,454 qr) üçün 4,57 dollara (təxminən 7,76 AZN) çatıb.

Sitat.info xəbər verir ki, bu barədə “Bloomberg” nəşri “Expana Markets”ə istinadən məlumat yayıb.

Məlumata görə, bu quru meyvənin qiymətinin artması ABŞ-İran münaqişəsinin fonunda baş verib.

Bildirilir ki, püstə ixracında dünya ikincisi olan İran tədarük olunan məhsulun üçdə birini təmin edir. İranda 2025-ci ildə gözləniləndən az məhsul yığımı və daxili siyasi qeyri-sabitlik hələ münaqişədən əvvəl bu məhsulun qiymətində artıma səbəb olub. Məhsulun bahalaşmasına səbəb olan digər amil kimi içi püstəli Dubay şokoladının populyarlığının kəskin artması göstərilir.



Xəbər xətti