Prezidentin yeni mətbuat katibi kimdir?

17:38 13 Aprel 2026

 

 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni mətbuat katibi təyin edilib.
 
Dövlət başçısının bu gün imzaladığı Sərəncamla Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsinə gətirilib.
 
Prezidentin mətbuat katibi vəzifəsi bir ildən çox idi ki, yeni təyinat gözləyirdi. Belə ki, 2025-ci il fevralın 17-də Azər Qasımov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilsə də, yeni təyinat olmamışdı.
 
Modern.az saytının əldə etdiyi məlumata görə, yeni mətbuat katibi Orxan Səttarov indiyə kimi Prezident Administrasiyasında çalışıb.
 
Belə ki, o, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsini tutub.



Xəbər xətti