“Mercedes”lər toqquşdu - 5 nəfər xəsarət aldı

21:00 13 Aprel 2026

Bakı-Astara magistral yolunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə yolun 52-ci kilometrliyində, Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Lənkəran rayon sakinləri - 1980-ci il təvəllüdlü Vüsalə Bədəlova, 1972-ci il təvəllüdlü Rəfail Bədəlov, 2002-ci il təvəllüdlü Həsən Bədəlov, 1967-ci il təvəllüdlü Elşən Axundov və Cəbrayıl rayon sakini, 1959-cu il təvəllüdlü Füzuli İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.



Xəbər xətti