Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Sitat.info xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla aprelin 14-ü saat 03:03-də qeydə alınan zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.
Bundan başqa, Xəzər dənizində yerli vaxtla saat 06:43-də daha bir zəlzələ qeydə alınıb.
3.1 maqnitudalı zəlzələ yerin 50 kilometr dərinliyində meydana gəlib.
Qeyd edək ki, son günlər Xəzər dənizində seysmoloji aktivlik müşahidə edilir.