Çin ABŞ-ın İran limanlarına blokada addımını tənqid edib

11:55 14 Aprel 2026

Çin ABŞ-ın İran limanlarını blokadaya alma planını “təhlükəli və məsuliyyətsiz” addım kimi qiymətləndirib.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun mətbuat konfransında bildirib ki, ABŞ bölgədə hərbi əməliyyatları genişləndirir və hədəflənmiş blokada tədbirləri həyata keçirir.

Onun sözlərinə görə, bu cür addımlar yalnız gərginliyi artıracaq və onsuz da kövrək olan atəşkəs razılaşmasını pozmaq riski daşıyır.

Sözçü həmçinin vurğulayıb ki, ABŞ-ın bu siyasəti strateji boğazlardan keçidin təhlükəsizliyini daha da risk altına salır.

Quo Ciakun Vaşinqtonun addımını “təhlükəli və məsuliyyətsiz davranış” kimi dəyərləndirib.

Nigar,

Sitat.info

 



Xəbər xətti