Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya səfər edib.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən məlumat verilib.
Məlumata görə, Zelenski Almaniya kansleri Fridriz Merzlə görüşüb.
Vladimir Zelenskinin həmçinin Ukrayna-Almaniya hökumətlərarası məsləhətləşmələrində də iştirak edəcəyi bildirilib.