Boltun rekordunu qırdı

19:38 14 Aprel 2026

Avstraliyalı atlet Qout Qout Useyn Boltun 200 m yeniyetmələr arasında 20 ildən çox davam edən rekordunu qırıb.

Sitat.info xəbər verir ki, Avstraliya çempionatında 18 yaşlı Qout məsafəni 19,67 saniyəyə qət edib.

Səkkiz qat Olimpiya çempionu Useyn Bolt isə 2004-cü ildə 20 yaşadək idmançılar üçün 200 metr məsafəni 19,93 saniyəyə qaçıb.

Qeyd edək ki, U. Bolt karyerası boyu qısa məsafəyə qaçışda ixtisaslaşmışdı. O, səkkiz Yay Olimpiya Oyunlarının qalibi olub və həmçinin 11 dəfə Dünya Çempionatında podiuma yüksəlib, bu hadisələr tarixində kişilər arasında rekorddur.

Bolt 2017-ci ildə karyerasını başa vurub.




Xəbər xətti