Fidanla Əraqçinin telefon danışığı oldu

20:30 14 Aprel 2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Əraqçi ABŞ-İran danışıqlarındakı son inkişafları müzakirə ediblər.
 
Sitat.info xəbər verir ki, münaqişə ölkələrində iki həftəlik atəşkəs rejimi fonunda baş tutan danışıqlar barədə müzakirə telefon danışığı zamanı aparılıb.
 
Qeyd edək ki, həftəsonu ABŞ və İran Pakistanın İslamabad şəhərində münaqişəyə son qoymaq məqsədilə birbaşa danışıqlar aparıblar, lakin danışıqlar heç bir razılaşma olmadan başa çatıb.



Xəbər xətti