10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı

23:19 14 Aprel 2026

10 mindən çox ABŞ dənizçisi və hərbçisi Hörmüz boğazının blokadasında iştirak edir.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında bildirilib.

"10 mindən çox ABŞ dənizçisi, dəniz piyadası və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu, eləcə də ondan çox hərbi gəmi və onlarla təyyarə İran limanlarına daxil olan (Hörmüz boğazı vasitəsilə - red.) və oranı tərk edən gəmilərin blokadaya alınması tapşırığını yerinə yetirir. İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını yara bilməyib, 6 ticarət gəmisi isə ABŞ qüvvələrinin geri dönmək və Oman körfəzindəki İran limanına qayıtmaq göstərişlərinə tabe olub", - paylaşımda qeyd olunub.



Xəbər xətti