Kahramanmaraşda məktəbə hücum edən məktəblinin atası həbs olundu

08:03 16 Aprel 2026

Təhlükəsizlik Baş İdarəsi (EGM) Kahramanmaraşda bir məktəbdə atışma törədən İsa Aras Mersinlinin atası Uğur Mersinlinin həbs olunduğunu elan edib. 

Sitat.info xəbər verir ki, İdarənin osial media hesabında silahlı hücumla bağlı davam edən istintaqla haqqında açıqlama verilib. 

Bəyanatda ilkin araşdırmalar zamanı şübhəlinin WhatsApp profilində 2014-cü ildə ABŞ-da hücum həyata keçirən Elliot Rodgerə istinad edən bir şəkil istifadə etdiyi ortaya çıxdı.

"Terrorçunun atası U.M. 15 apreldə nəzarətə alınıb ​​və daha sonra məhkəmə orqanları tərəfindən həbs edilib. Şübhəlinin evində və atasının avtomobilində aparılan axtarışlar zamanı müsadirə edilən rəqəmsal materiallar  araşdırılır. Cinayət yeri araşdırması başa çatıb və kamera qeydləri də daxil olmaqla bütün sübutlar diqqətlə qiymətləndirilir. İlkin tapıntılara əsasən, hadisə ilə terror əlaqəsinə dair heç bir əlamət yoxdur; bu, fərdi hücum hesab olunur".

Aytac,

Sitat.info 



Xəbər xətti