Türkiyədə hücuma görə müəllimlər aksiya keçirdi

12:30 16 Aprel 2026

Türkiyədə məktəblərdə baş verən silahlı hücumlarla bağlı müəllimlər ölkənin bir sıra şəhərlərində kütləvi etiraz aksiyaları keçirib.

Sitat.info  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Ankarada Türkiyə Təhsil Nazirliyinin önünə toplaşan təhsil işçilərinin həmkarlar ittifaqının üzvləri təhsil naziri Yusif Təkinin istefasını tələb edirlər.

“Təhsilin düşməni Yusif Təkin”, - deyə etirazçılar bildiriblər.

Onların sözlərinə görə, məktəblərdə təhlükəsizlik uzun müddətdir lazımi səviyyədə təmin olunmur.

Bildirilir ki, hücumda şübhəli bilinən şəxs daha əvvəl sosial şəbəkələrdə təhdidlər paylaşsa da, hüquq-mühafizə orqanları buna reaksiya verməyib.

Qeyd edək ki, 14 apreldə Şanlıurfa, 15 apreldə isə Qəhrəmanmaraş məktəbində atışma baş verib. Qəhrəmanmaraş məktəbində 8-ci sinif şagirdi 9 nəfəri öldürüb, daha sonra isə intihar edib. Şanlıurfada isə şagird 16 nəfəri yaraladıqdan sonra özünü öldürüb.



Xəbər xətti