ABŞ Hörmüz boğazını yox, İranın limanları və sahil xəttini blokadada saxlayır.
Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn mətbuat konfransında deyib.
O qeyd edib ki, ABŞ qüvvələri Sakit okeanda İran bayrağı altında üzən istənilən gəmini və ya İrana maddi dəstək verməyə cəhd edən hər hansı bir gəmini aktiv şəkildə təqib edəcək.
Den Keyn blokadanı yarmağa çalışan gəmilərə qarşı güc tətbiq olunacağını vurğulayıb.
General diqqətə çatdırıb ki, indiyə qədər 13 gəmi "ağıllı qərar” verərək blokadanı yarmağa cəhd göstərməyib və geri qayıdıb.