Sələfinin kabinetində işləmək istəmir

17:48 16 Aprel 2026

Macarıstanda parlament seçkilərində qələbə qazanan “Tisza” partiyasının rəhbəri Peter Madyar səlahiyyətlərinin icrasına başladığı zaman ölkənin hazırkı Baş naziri Viktor Orbanın kabinetində işləmək niyyətində deyil. 

Sitat.info xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bloomberg” agentliyinin məlumatına görə, siyasətçi hökumət başçısı olduğu dövrdə Budapeştdə nazirliklərdən birinin binasında işləmək istəyir. 

Xatırladaq ki, “Tisza” partiyası aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində qalib gəlib. 16 ildir Macarıstan Baş naziri olan Viktor Orban Madyarı qələbəsi münasibətilə təbrik edib.



Xəbər xətti