Sabirabad rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb.
Sitat.info xəbər verir ki, hadisə rayonun Osmanlı kəndi ərazisində baş verib.
Belə ki, içərisində 20-yə yaxın şagirdin olduğu “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Nəticədə şagirdlərin bir neçəsi yüngül xəsarət alıb.
Məlumata görə, mikroavtobusda olan şagirdlər Şirvandan hazırlıq kursundan geri dönürmüş.
Faktla bağlı araşdırma aparılır.