İndoneziyanın Qərbi Kalimantan əyalətində vertolyotun qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub.
Sitat.info xəbər verir ki, "Jakarta Globe" qəzetinin məlumatına görə, pilot, ikinci pilot və altı sərnişini daşıyan vertolyot dünən yerli vaxtla saat 07:34-də əyalətin Melavi bölgəsindən havaya qalxıb.
Airbus H130 vertolyotu ilə əlaqə saat 08:39-da kəsilib və itkin düşdüyü bildirilib.
Axtarış-xilasetmə qrupları vertolyotu Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsindəki çətin əlçatan ərazidə tapıblar. Hakimiyyət orqanları vertolyotun göyərtədəki səkkiz nəfərin hamısının öldüyünü bildirib.
Qəzanın səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Nigar,
Sitat.info