ABŞ və İran tezliklə razılaşma imzalaya bilər - Reuters

11:43 17 Aprel 2026

ABŞ və İran arasında  danışıqlar son mərhələdədir və razılaşma tezliklə əldə edilə bilər.

Sitat.info xəbər verir ki, bunu Reuters agentliyi  Pakistanın təhlükəsizlik mənbəyinə istinadən xəbər verir. 

Mənbənin sözlərinə görə, tərəflər pərdəarxası diplomatiya yolu ilə irəliləyiş əldə ediblər və qarşıdan gələn görüş anlaşma memorandumunun imzalanması ilə nəticələnə bilər.

Tam razılaşmanın 60 gün ərzində bağlanması gözlənilir. Agentlik bildirir ki, tərəflər artıq prinsipial razılaşmalara nail olublar, texniki detallar isə daha sonra yekunlaşdırılacaq.

Diplomatik mənbə Reuters-ə bildirib ki, Pakistan Silahlı Qüvvələrinin rəisi Asim Munir əsas vasitəçi rolunu oynayır. O, həftənin ortalarından bəri Tehranda danışıqlar aparır və bir sıra mürəkkəb məsələlərdə irəliləyiş əldə edib.

Aytac,

Sitat.info 



Xəbər xətti