“Ayrılmağımıza baxmayaraq, Paşinyana səs verəcəyəm”

13:39 17 Aprel 2026

Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan ayrılmaqlarına baxmayaraq parlament seçkilərində Paşinyanı dəstəkləyəcək.

Sitat.info  xəbər verir ki, bu barədə Akopyanın yaxın ətrafında olan mənbələr ölkənin “İravunk” qəzetinə danışıblar.

Mənbələrin sözlərinə görə, Anna yaxınlarına Paşinyanın yenidən ölkənin Baş naziri seçilməsini dəstəklədiyini deyib və onlara da eyni addımı atmağı tövsiyə edib.

“Qoy bizim münasibətlərimiz sizin Baş nazirə olan münasibətlərinizə təsir etməsin. Mən özüm də vətəndaşlıq borcumu yerinə yerinə yetirəcəyəm və hazırkı Baş nazirə səs verəcəyəm”, - deyə Akopyan yaxınlarına bildirib.

Xatırladaq ki, fevralın sonunda uzun illər vətəndaş nikahında yaşayan N.Paşinyanla A.Akopyanın ayrıldığı məlum olub. Ermənistanın “Hraparak” qəzeti cütlüyün rəsmi ayrılığına illərlə davam edən gərgin münasibətlərin səbəb olduğunu yazıb.

Onu da qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-si keçiriləcək.

 



Xəbər xətti