ABŞ Rusiya neftinin satış əməliyyatlarına icazə verdi

09:45 18 Aprel 2026

ABŞ Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və boşaldılması üzrə əməliyyatlara müvəqqəti icazə verib.

Sitat.info Teleqraf-a istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yayımladığı baş lisenziyada qeyd olunub.

Sənədə əsasən, yalnız 17 aprelədək tankerlərə yüklənmiş neft və neft məhsulları üzrə əməliyyatların 16 maya qədər həyata keçirilməsinə icazə verilir.

Məlumata görə, yeni lisenziya daha əvvəl martın 19-da verilmiş və aprelin 11-də qüvvədən düşmüş analoji sənədi tam əvəz edir.

Qeyd olunub ki, qərar mövcud əməliyyatların tənzimlənməsi və başa çatdırılması məqsədi daşıyır.



Xəbər xətti