Şəmkirdə yanğın qeydə alınıb.
Hadisə Şəmkir şəhərinin Zaur Sarıyev küçəsində yerləşən Nəriman Nərimanov adına tam orta məktəbdə baş verib.
Belə ki, ümumi sahəsi 950 kv metrə yaxın olan ikimərtəbəli tam orta məktəbdə qəfil yanğın başlayıb.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində orta məktəbin kompüter otağında 30-a yaxın kompüterdən 7-si yanıb.
Ümumilikdə 950 kv metr sahəsi olan məktəbin 55 kv metri sahəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.
Xatırladaq ki, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.