“İsrail daha çox torpaq işğal etməyə çalışır” - Hakan Fidan

12:38 18 Aprel 2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin “təhlükəsizlik” bəhanəsi ilə daha çox torpaq işğal etməyə çalışdığını deyib. 

Sitat.info xəbər verir ki, H.Fidan  bu barədə  Antalya Diplomatiya Forumunda bildirib.

“İsrail öz təhlükəsizliyini yəmin etməyi deyil, daha çox torpaq axtarır. Təhlükəsizlik Netanyahu hökuməti tərəfindən daha çox torpaq işğal etmək üçün bəhanə kimi istifadə olunur” - Fidan bildirib. 

 Livanla atəşkəsə baxmayaraq, İsrailin müdafiə naziri İsrael Katz İsrailin “təmizlədiyi və ələ keçirdiyi” cənubi Livandakı bütün mövqeləri saxlamağa davam edəcəyini bildirib.

Katz həmçinin İsrailin Livandakı hərbi kampaniyasının hələ bitmədiyini deyərək, Livandakı Hizbullah qruplaşmasının “bu və ya digər şəkildə” tərksilah ediləcəyini bildirib.

Nigar,

Sitat.info



Xəbər xətti