Əfqanıstan-Pakistan sərhədi yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib

13:39 18 Aprel 2026

Əfqanıstan-Pakistan sərhədi yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

Sitat.info-ya ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ Pakistanın şimal-şərqində, Bədəxşan əyalətinin Curm rayonundan 27 kilometr cənubda qeydə alınıb.

5,3 bal gücündə zəlzələ 198,8 kilometr dərinlikdə baş verib. Zəlzələ Pakistanda da hiss olunub. Zəlzələ Pakistanın Gilgit-Baltistan əyalətində və paytaxt İslamabadda da hiss olunub.

Hələlik heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Nigar,

Sitat.info



Xəbər xətti