Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper İranı qlobal gəmiçilik hərəkətinin Hörmüz boğazından tam şəkildə bərpa olunmasına icazə verməyə çağırıb.
Sitat.info xəbər verir ki, o, bu barədə Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda danışıb.
"Atəşkəs rejimi ilə bağlı kritik diplomatik bir məqamdayıq, amma boğazdan hələ normal keçidimiz yoxdur"- Kuper deyib.
O, atəşkəsin davamlı bir sülhə çevrilməli olduğunu söyləyib və əlavə edib ki, su yolu ilə gəmiçilik hərəkətinin bərpası qlobal iqtisadiyyat üçün təcilidir.
Aytac,
Sitat.info