Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artdı

14:00 18 Aprel 2026

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 834,4 milyon manat olub.
 
Sitat.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,8 % çoxdur.
 
Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 944,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76,8 %-ni təşkil edib.
 
Üç ayda hər bir ölkə sakini orta hesabla 373,5 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 47,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.



Xəbər xətti