İran hava məkanını açır

16:36 18 Aprel 2026

İran hava məkanının qismən yenidən açıldığını elan edib.

Sitat.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkə şənbə günü etibarilə bir neçə hava limanının fəaliyyətini bərpa etməklə yanaşı, hava məkanını qismən açıb.

İran Mülki Aviasiya Təşkilatı bildirib ki, artıq beynəlxalq uçuşlara İran hava məkanının şərq hissəsindən keçməyə icazə verilir.

İran Hava Yolları Birliyi qərardan sonra altı hava limanı yenidən fəaliyyətə başladığını açıqlayıb.

Bunlara İmam Xomeyni Beynəlxalq Hava Limanı, Mehrabad Hava Limanı, eləcə də Məşhəd, Birjənd, Qorqan və Zahidan şəhərlərində yerləşən beynəlxalq hava limanları daxildir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hücuma başlayıb, Tehran isə cavab olaraq İsrailə və ABŞ obyektlərinin yerləşdiyi digər regional ölkələrə zərbələr endirib.



Xəbər xətti