Xırdalanda qətl hadisəsi baş verib.
Sitat.info Report-a istinadən xəbər verir ki, hadisə “Kristal Abşeron 1” yaşayış kompleksində baş verib.
İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.
Əldə etdiyimiz məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.