Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, ardınca 3 metrə qədər sunami xəbərdarlığı edilir.
Yaponiya Meteorologiya Agentliyi Sakit Okeanda yerləşən zəlzələnin episentrinin 10 kilometr dərinlikdə olduğunu açıqlayıb.
Bəyanatda 7,5 bal gücündə zəlzələdən sonra İvate, Aomori və Hokkaydo bölgələrində 3 metrə qədər çata biləcək potensial sunami barədə xəbərdarlıq edilib.
Bu arada, zəlzələ səbəbindən Tokio ilə Aomori prefekturası arasında bəzi qatar xidmətləri dayandırılıb.
Tehran,
Sitat.info