Pezeşkian: "Vaşinqtonla əlaqələrdə şübhə və sayıqlıq bir zərurətdir"

13:24 20 Aprel 2026

İran prezidenti Məsud Pezeşkian ABŞ ilə gərginliyi azaltmaq üçün bütün rasional və diplomatik yollardan istifadə edilməli olduğunu bildirib. O həmçinin  əlavə edib ki, Vaşinqtonla qarşılıqlı əlaqələrdə sayıqlıq və şübhə "danılmaz bir zərurətdir".

Sitat.info-nun İRNA-ya istinadən  məlumatına görə, İran və ABŞ arasında iki həftəlik atəşkəs çərşənbə günü başa çatacaq.

ABŞ nümayəndələri bu gün günü İran danışıqları üçün İslamabada çatacaqlar, Tehran isə hələlik Pakistana nümayəndə heyəti göndərib-göndərməyəcəyini açıqlamayıb.

Aytac,

Sitat.info 

 



Xəbər xətti