Bu yolda sürət həddi endirildi

16:38 20 Aprel 2026

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
 
Sitat.info  xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
 
Bununla bağlı mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "güclü külək” işarəsi aktivləşdirilib.
 
"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”. - məlumatda deyilir.



Xəbər xətti