ABŞ-ın Bağdaddakı səfirliyi vətəndaşlarını İraqa səfər etməməyə və orada olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Sitat.info xəbər verir ki, bu barədə səfirlik məlumatını yeniləyib.
Eyni zamanda, səfirlik İranla əlaqəli silahlı qrupların ABŞ vətəndaşlarına və Vaşinqtonun maraqlarına qarşı yeni hücumlar planlaşdırdığını bəyan edib:
“İraq hökuməti ilə əlaqəli bəzi elementlər terrorçu qruplara siyasi, maliyyə və əməliyyat baxımından fəal şəkildə dəstək verməyə davam edir”.