ABŞ mediası vitse-prezident C.D Vensin İranla mümkün yeni danışıqlar raundu üçün bu gün – çərşənbə axşamı Pakistana səfər edəcəyini yazır.
Sitat.info xəbər verir ki, Axios nəşri üç ABŞ mənbəyinə istinadla bildirib ki, Vens çərşənbə axşamı səhər ABŞ-ni tərk edəcək. Bazar ertəsi BBC - yə danışan bir mənbə də ABŞ nümayəndə heyətinin “tezliklə” Pakistana yollanacağını qeyd edib.
ABŞ və İran arasında danışıqların ikinci mərhələsinin çərşənbə günü İslamabadda keçirilməsi gözlənilir. Lakin İran tərəfi hələlik bu danışıqlarda iştirak edəcəyini rəsmi şəkildə təsdiqləməyib.
Bu arada, danışıqlar ehtimalı fonunda İslamabadda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin davam etdiyi bildirilir.
Nigar,
Sitat.info