İran nümayəndə heyəti İslamabadda: Əl-Cəzirə yazdı, İran mediası təkzib etdi 

14:40 21 Aprel 2026

Bu gün Əl-Cəzirə telekanalı ABŞ və İran arasında planlaşdırılan danışıqların ikinci mərhələsində iştirak etmək üçün hər iki tərəfdən ilkin nümayəndə heyətlərinin İslamabada gəldiyini elan edib.

Sitat.info xəbər verir ki, xəbər yayımlandıqdan bir neçə dəqiqə sonra İranın dövlət televiziyası IRIB News İslamabaddakı müxbiri bu məlumatı təkzib edib. O bildirib ki, İslam Respublikasından hələlik heç bir nümayəndə heyəti Pakistana gəlməyib.

Məlumatlar arasındakı ziddiyyət danışıqların həqiqətən başlayıb-başlamadığı ilə bağlı qeyri-müəyyənliyi artırıb. İran tərəfi rəsmi səviyyədə məsələ ilə bağlı əlavə açıqlama verməyib.

Aytac,

Sitat.info 



Xəbər xətti