Ukrayna dronları Rusiyanın "Drujba" kəmərinin neft nasos stansiyasını vurub

18:30 21 Aprel 2026

Rusiyanın Samara vilayətində yerləşən "Drujba” kəmərinin "Samara” neft nasos stansiyası dron hücumuna məruz qalıb, nəticədə genişmiqyaslı yanğın baş verib.
 
Bu barədə "RBK-Ukraine” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb.
 
Məlumata görə, zərbəyə məruz qalmış stansiya Prosvet yaşayış məntəqəsi yaxınlığında yerləşir və Rusiyanın neft ixracı üçün mühüm rol oynayan "Urals” markalı neftin qarışdırıldığı əsas obyektlərdən biridir.
 
İlkin məlumatlara görə, dron zərbələri nəticəsində hər biri 20 min kubmetr tutuma malik olan beş neft rezervuarı zədələnib və yanğın başlayıb.



Xəbər xətti