58 yaşlı kişi iş yerində öldü

19:39 21 Aprel 2026

Gəncədə 58 yaşlı kişi işlədiyi müəssisədə ölüb.

Sitat.info xəbər verir ki, hadisə şəhərin beton zavodlarından birində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Sənani Allahverdiyevin iş vaxtı səhhəti ağırlaşıb və orada vəfat edib.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.



Xəbər xətti