Məktəblərdə "Son zəng"in keçiriləcəyi tarix açıqlandı

20:26 21 Aprel 2026

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi "Son Zəng” tədbiri iyun ayının 13-də keçiriləcək. 

Bu barədə Agentlikdən Sitat.info-ya bildirilib. 

Qeyd edilib ki, "Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.



Xəbər xətti