Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

20:38 21 Aprel 2026

Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

Sitat.info xəbər verir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

Xatırladaq ki, bu gün Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Buna səbəb isə bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranmasıdır. Hadisə zamanı 2 qadın xəstəxanalıq olub.



Xəbər xətti