Rusiyanın Samara vilayətinin Sızran şəhəri Ukrayna ordusu tərəfindən dronların hücumuna məruz qalıb, şəhərdə bir yaşayış binasının girişi çöküb.
Sitat.info xəbər verir ki, dağıntılar altından biri uşaq olmaqla, dörd nəfərin xilas edildiyi, bina sakinlərinin təxliyə olunduğu bildirilir.
Fövqəlada Hallar Nazirliyi daha iki nəfərin dağıntılar altında qaldığını, onlardan birinin uşaq olduğunu açıqlayıb.
Əraziyə təcili yardım briqadaları cəlb olunub, axtarış-xilasetmə işləri aparılır.
Şəhərdə həyəcan siqnalı və partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri aktiv fəaliyyət göstərib.
Hücum səbəbilə Kurumoç hava limanında məhdudiyyətlər tətbiq edilib, uçuşlar müvəqqəti olaraq dayandırılıb.