SEPAH Oman sahillərində gəmini atəşə tutdu

10:07 22 Aprel 2026

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kateri Oman sahillərində gəmini atəşə tutub.

Sitat.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, Omandan 15 dəniz mili (28 km) şimal-şərqdə olan konteyner gəmisində baş verən insident barədə məlumat daxil olub:

"SEPAH kateri gəmiyə yaxınlaşıb, bundan sonra gəmiyə atəş açılıb. Bu da kapitan körpüsünün ciddi zədələnməsinə səbəb olub. Bununla belə, yanğın və ya ətraf mühitə zərər qeydə alınmayıb, bütün heyət təhlükəsizlikdədir".



Xəbər xətti