İrana qarşı yeni cəbhə: Tramp İraqa dollar axınını kəsdi

10:46 22 Aprel 2026

Tramp administrasiyası İranın dəstəklədiyi milislərə təzyiq göstərmək üçün İraqa ABŞ dolları göndərişlərini dayandırıb və İraq ordusu ilə təhlükəsizlik əməkdaşlığı proqramlarını dondurub.

Sitat.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat verib. 

Rəsmilər bildiriblər ki, Nyu-York Federal Ehtiyat Bankında saxlanılan hesablardan İraq neftinin satışından əldə edilən təxminən 500 milyon dollarlıq əskinas daşıyan yük təyyarəsi bu yaxınlarda Maliyyə Nazirliyinin rəsmiləri tərəfindən bloklanıb.

Nigar,

Sitat.info



Xəbər xətti