TƏBİB sədri bu direktoru da işdən çıxardı

15:16 22 Aprel 2026

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da vəzifəsindən azad edilib.

Sitat.info  xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını Bakupost.az -a təsdiqləyib.

“Bundan sonrakı qərarı TƏBİB verəcək”, - 2023-cü ildən bu vəzifədə çalışmış N.Bəşirova bildirib.Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib. Qeyd edək ki, aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişikliklərinə başlayıb.

 



Xəbər xətti