Nəcəf, Qum və Məşhəd alimlərinin rəyinə və təhlükəsizlik rəsmilərinin qərarına əsasən, düşmənlərin Ali rəhbər Müctəba Xameneiyə xüsusi yollar və Təl-Əviv kimi universitetlərdə müzakirə olunan qəribə elmlər vasitəsilə zərər verə bilməmələri üçün onun yeni fotoları və videoları hələlik yayımlanmayacaq.
Sitat.info Teleqraf-a istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Salar Vilayətmədar deyib.
Deputat İranın yeni ali rəhbərinin səhhəti ilə bağlı suala cavabında bildirib:
“Hadisə yerində olan mühafizəçilərdən birinin komitəyə təqdim etdiyi məlumata görə, o, dağıntılar altından çıxarılanda zikr edirdi. Müalicə edən həkim də söyləyib ki, bədəni sağlamdır, heç bir sınıq yoxdur”.