Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib

20:56 23 Aprel 2026

Gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.

Sitat.info xəbər verir ki, Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov 2022-2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabatı təqdim edib.

 

Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğısı ölkə boksunun da yeni nailiyyətlər əldə etməsinə imkan verib. Boksçularımız son 4 ildə beynəlxalq yarışlarda 178-i qızıl, 165-i gümüş və 307-si bürünc olmaqla, ümumilikdə 650 medal qazanıblar.

 

Ardınca növbəti 4 il üçün federasiya rəhbərliyinə seçkilər keçirilib.

 

Səsvermənin nəticələrinə əsasən, Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti, Natiq Həsənov və Vaqif Kazımov vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov İdarə Heyətinin üzvləri seçiliblər.



Xəbər xətti