Dövlət Xidmətinin iki vəzifəli şəxsi həbs edildi

21:12 23 Aprel 2026

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki vəzifəli şəxsi həbs edilib.

Sitat.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, qurumun Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Əliyev Etibar və Cəbrayıl rayon şöbəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin rəis müavini Niyam Mədətsoylu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Niyam Mədətsoylu eyni zamanda tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılıb.

Əliyev Etibara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri, Niyam Mədətsoyluya isə 311.3.2-ci maddə ilə ittiham irəli sürülüb.



Xəbər xətti