Ukrayna Prezidenti Vladimir Zelenski Belarusdan ölkəsinə hücum təhlükəsi barədə söylənənləri şərh edib.
Sitat.info xəbər verir ki, dövlət başçısı açıqlamasında Belarusdan hər hansı hərbi müdaxilənin olacağını istisna edib.
“Belarusdan müdaxilə təhlükəsinə gəldikdə isə bilirsiniz, ruslarda xeyli müxtəlif xəstə və fantastik ideyalar var.
Buna görə də, həqiqətən də Belarusun bu fantastik ideyalara cəlb olunmasını, onların dəhşətli reallığa çevrilməsini istəmirəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, Zelenski bundan öncə də Rusiyanın Belarusu Ukrayna konfliktinə cəlb etmək istədiyini vurğulamışdı.