Virtual əkiz texnologiyası bir çox sahələrdə istifadə olunur. Bununla yanaşı mütəxəssislər insanların yaxınm 10 il ərzində “düşünən rəqəmsal əkizlərə” sahib olacağını iddia edirlər.
SİTAT.İNFO xəıbər verir ki, BBC-nin hesabatına görə, ekspertlər artıq bir çox şeyin rəqəmsal olduğunu bildiriblər.
Mütəxəssislər qeyd ediblər ki, Meta-nın (keçmiş Facebook) virtual reallıq platforması Horizon Worlds-də insanların avatarlarının, əslində rəqəmsal əkizlərin ən primitiv versiyasıdır. Texnologiya analitiki Rob Enderle, 10 ildən sonra insanların düşünən rəqəmsal əkizlərinin ortaya çıxacağını, lakin bunun özü ilə "etik problemlər" gətirəcəyini də bildirdi.
Enderle deyir: “Bizim düşünən bir nüsxəmiz işəgötürənlər üçün inanılmaz dərəcədə faydalı ola bilər. Əgər şirkətiniz rəqəmsal əkizinizi yaratsa və "Sizin rəqəmsal əkiziniz var, biz ona pul ödəmirik, bəs niyə hələ də sizi işə götürürük" desə, o zaman necə olacaq. İngiltərənin Oksford Universitetində süni intellekt sahəsində tədqiqatçı olan Prof. Sandra Wachter insanların rəqəmsal əkizlərinin yaradılmasının cəlbediciliyinə diqqət çəkib: " “Bu, maraqlı elmi fantastika romanlarını xatırladır. Lakin insanın cinayət törətməsi və ya hansısa peşədə uğur qazanması müxtəlif amillərdən asılıdır. Süni intellekt özünəməxsus mürəkkəbliyinə görə bu cür sosial hadisələri proqnozlaşdırmaqda hələ uğurlu deyil. Deməli, insanın həyatını tam başa düşmək və modelləşdirmək üçün hələ çox yolumuz var”.
Mütəxəssislər rəqəmsal əkizlərin bu gün məhsulların dizaynında, paylanmasında və şəhərsalmada istifadə edildiyinə diqqət çəkiblər. McLaren və Red Bull komandalarının Formula 1 yarışlarında yarış avtomobillərinin rəqəmsal əkizlərindən istifadə etdiyi bildirilir.
Çinin Şanxay və Sinqapur şəhərlərində də binaların, nəqliyyat sistemlərinin və küçələrin dizaynını və əməliyyatlarını təkmilləşdirmək üçün qurulmuş rəqəmsal əkizlər var.
Yaxın Şərqdə həm real dünyada, həm də rəqəmsal olaraq eyni vaxtda yeni şəhərlər tikilir. Fransız proqram təminatı şirkəti Dassault Systemes, minlərlə şirkətin rəqəmsal əkiz texnologiyası ilə maraqlandığını açıqladı.
Dassault Systemes şirkəti rəqəmsal əkiz texnologiyasının ən qiymətli olduğu sahənin tibb - sağlamlıq sahəsi olduğunu bildirib. Şirkətin “Living Heart” layihəsi ilə insan ürəyinin sınaqdan keçirilə bilən virtual modeli yaradılıb. Anadangəlmə ürək qüsuru olan qızının ürəyini virtual məkanda canlandırmaq qərarına gəlinib. Stiv Lev tərəfindən hazırlanıb. ABŞ-dakı Boston Uşaq Xəstəxanası da ürək xəstəliklərinin xəritəsini tərtib etmək üçün bu texnologiyadan istifadə edir. Göz və beyin kimi daha çox rəqəmsal orqan əkizləri istehsal etməyi planlaşdıran Dassault Systemes şirkətinin direktoru Severine Trouillet rəqəmsal ürək üzərində təcrübənin heyvanlar üzərində sınaq ehtiyacını azaldacağını söyləyib.
Səid İsaoğlu,
SİTAT.İNFO