Pezeşkian İran vətəndaşlarını elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb

15:30 25 Aprel 2026

İran Prezidenti Məsud Pezeşkian vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.
 
Sitat.info xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlamasında deyib.
 
Pezeşkian bildirib ki, ölkənin düşmənləri İranın infrastrukturunu vurmaqda xalqı narazı salmağı məqsəd güdür.
 
"Xalq icazə verməməlidir ki, narazılıq yaransın”, - İran Prezidenti qeyd edib.
 
O əlavə edib ki, "hələlik xalqın fədakarlığına ehtiyac yoxdur, amma istehlaka nəzarət edilməlidir”.



Xəbər xətti